APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, aparılan analizlər nəticəsində 8-ci prezident Turqut Özalın ölüm səbəbini qəti olaraq müəyyənləşdirmək mümkün olmayıb. Buna baxmayaraq, prokurorluq təhqiqatın davam edəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatında T. Özalın bədənində müxtəlif növ toksik maddələr aşkarlandığı barədə xəbərlər yayılmışdı.