MTRŞ sədri: “Dövlət serial çəkilişləri ilə bağlı gördüyü işi yarıda saxlamamalıdır”

MTRŞ sədri: “Dövlət serial çəkilişləri ilə bağlı gördüyü işi yarıda saxlamamalıdır”
# 06 dekabr 2012 14:24 (UTC +04:00)

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, telekanalların serial çəkilişlərində maliyyə sarıdan müəyyən problemləri ortaya çıxır: “Bu problemlər aradan qaldırılmalıdır. Televiziya kanallarının əksəriyyəti öz işlərini buna uyğun qurublar. Bu sahədə yarı yolda dayanmaq doğru olmazdı. Dövlət tərəfindən serial çəkilişlərinə bu qədər vəsait ayrılıb. Bunu davam etdirmək lazımdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, dövlət bu sahəyə öz dəstəyini verməlidir. İnsanları yarı yolda qoymamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR