Azərbaycanın görkəmli aktyoru Yaşar Nuri ilə vida mərasimi keçirilir - FOTOSESSİYA - VİDEO

Azərbaycanın görkəmli aktyoru Yaşar Nuri ilə vida mərasimi keçirilir    - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 noyabr 2012 11:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, vida mərasiminə gələnlərin ardı-arası kəsilmir. Mərasimə qatılanlar arasında mərhumun yaxınları, sənət dostları, hökumət nümayəndələri, millət vəkilləri, pərəstişkarları var. Vida tədbirində Yaşar Nurinin 60 illik yubileyində etdiyi çıxışın audio yazısı səsləndirilib. Çıxış alqışlarla qarşılanıb.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva APA-ya açıqlamasında xalq artistinin bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin hospitalında dünyasını dəyişdiyini deyib: “Səhər saat 5-də xəstəxanadan mənə zəng edib, xəbəri verdilər. İnanmadım... Son günə kimi ağrılardan şikayət etmədi, hər an səhnə üçün darıxdığını, səhnəyə çıxmaq istədiyini deyirdi. Hansısa bir insanın həyatını oynamaq, monoloq demək istəyirdi”...

Vida mərasimi saat 15-də başa çatacaq. Yaşar Nuri II Fəxri xiyabanda dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR