Lənkəranda yaşayış evində yanğın olub

Lənkəranda yaşayış evində yanğın olub
# 13 dekabr 2012 14:04 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Kərgəlan kənd sakini Eyvaz Qənimət oğlu Əliyevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal FHN-in Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və iki yanğınsöndürən maşını cəlb olunub. Saat 13.00 radələrində yanğın tamamilə lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 100 kvadratmetr olan ikimərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin 20 kvadratmetr ərazisi və ev əşyaları yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğının elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR