Əli Əhmədov Macarıstan baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi ilə görüşüb - FOTO

Əli Əhmədov Macarıstan baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi ilə görüşüb  - <span style="color: red;">FOTO
# 01 dekabr 2012 10:33 (UTC +04:00)

Bakı – APA. Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Macarıstan baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında son bir neçə ildə intensiv xarakter alan qarşılıqlı münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Partiyalararası əlaqə, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin genişləndirilməsi müzakirə olunub. Macarıstanın yürütdüyü Şərq siyasətində Azərbaycanın getdikcə artan rolu və yeri xüsusi vurğulanıb.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görüşdə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR