Lənkəranda 15 yaşlı piyada vurulub

Lənkəranda 15 yaşlı piyada vurulub
# 16 noyabr 2012 11:31 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 02.00 radələrində rayonun Osakücə kəndi ərazisində qeydə alınıb. Naməlum sürücü avtomaşınla kənd sakini, 15 yaşlı Rəşid Qadir oğlu Adıgözəllini vuraraq ona ağır bədən xəsarətləri yetirib və daha sonra qaçıb gizlənib. Yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, avtomobilin və onun sürücüsünün tapılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR