Tiflisdə Azərbaycan rəssamlarının əsərlərinin sərgisi keçirilib - FOTOSESSİYA

Tiflisdə Azərbaycan rəssamlarının əsərlərinin sərgisi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 dekabr 2012 17:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcütan paytaxtındakı Milli İncəsənət Muzeyində müasir Azərbaycan rəssamlarının “Xoş gəlibsən, Azərbaycan!” adlı sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Tiflisdə fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Sərgi Gürcüstan-Azərbaycan dövlətlərinin diplomatik əlaqələrinin bərpasının 20 illiyinə həsr olunub. Sərgidə 18 Azərbaycan rəssamının 60-a qədər rəsm əsəri nümayiş edilib. Sərgini, Tiflis Dövlət universitetinin professoru Valeri Asatiani açaraq bu gün təşkil olunan sərgini mühüm hadisə adlandırıb.

Sonra Milli İncəsənət Muzeyinin direktoru David Lordkipanidze, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, UASB Azərbaycan Təmsilçiliyi Rəsm Komitəsi sədr müavini, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Əkbərov , M. F. Axundov adına Mədəniyyət muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Azərbaycanlıları Milli Konqresin sədri Əli Babayev və başqaları çıxış edərək belə tədbirlərin Gürcüstan-Azərbaycan dostluğunun, mədəni əlaqələrin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildiriblər. Tədbirdə Azərbaycan və gürcü ziyalıları, Gürcüstanın ictimai xadimləri, tələbələr, incəsənət adamları və Azərbaycan səfirliyinin və ADRDNŞ-in əməkdaşları iştirak ediblər.

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının rəhbəri Valeri Asatiani APA-ya açıqlamasında Azərbaycan rəssamlarının Gürcüstanda qəbul edilməsini şərəf saydığını bildirib. “Belə tədbirlər tez-tez təşkil edilmir. Bizi Azərbaycan xalqı ilə çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Mədəni əlaqələrə və dialoq gəlincə, bu sahədə hələ bizə çox işlər görmək lazımdır. Mən rəssamları, yazıçıları, musiqiçiləri, arxitektorları və digər sənət sahiblərini nəzərdə tuturam. Bu gün Milli Mədəni Muzeydə müasir Azərbaycan rəssamlarının 18 əsəri nümayiş olunur. Keçən on illərdə 3-4 rəssamın rəsm əsəri nümayiş edilmişdirsə, amma 18 rəssamın əsərinin Tiflisdə sərgisi heç vaxt keçirilməyib. Tədbir elə bir vaxtda keçirilir ki, Gürcüstan yeni enerji ilə yeni həyata başlayıb. Dövlətçilik ənənələrimiz, Azərbaycanla Gürcüstan arasında qardaşlıq, dostluq ənənələri, əməkdaşlığı daha da möhkəmləndirilir.

Sərgi yanvarın 4-dək davam edəcək. Gələn il müasir gürcü rəssamlarının sərgisi Bakıda keçiriləcəyi nəzərdə tutulub.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR