Bidzina İvanişvili: “Azərbaycanla mehriban qonşuluq, qardaşlıq əlaqələri daha da inkişaf edəcək”

Bidzina İvanişvili: “Azərbaycanla mehriban qonşuluq, qardaşlıq əlaqələri daha da inkişaf edəcək”
# 21 dekabr 2012 10:45 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, B. İvanişvili Gürcüstanla Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq barədə danışaraq bildirib ki, Azərbaycanla mehriban qonşuluq, qardaşlıq əlaqələri daha da inkişaf edəcək. O, Gürcüstan azərbaycanlılarının vəziyyətinə də toxunub: “Onlar Gürcüstan vətəndaşlarıdır. Azərbaycanlılar 1 oktyabr parlament seçkilərində daha çox fərqləniblər. “Gürcü Arzusu” azərbaycanlıların kompakt yaşadığı bölgələr üçün verdiyi vədləri yerinə yetirəcək”.

Baş nazir Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri və azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya prosesi haqda da danışıb.

Qeyd edək ki, B. İvanişvili dekabrın 26-da Azərbaycana gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR