Hüseyn Pənahov: “Metsamor AES-də baş verə biləcək qəzanın nəticələri Dağlıq Qarabağ münaqişənin nəticələrindən ağır ola bilər”

Hüseyn Pənahov: “Metsamor AES-də baş verə biləcək qəzanın nəticələri Dağlıq Qarabağ münaqişənin nəticələrindən ağır ola bilər”
# 04 dekabr 2012 08:27 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə NATO Beynəlxalq Azərbaycan Məktəbinin (NISA) icraçı direktoru Hüseyn Pənahov Bakıda keçirilən “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi” mövzusunda treninqdə çıxışında deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun əsas fəaliyyəti konfliktlərin araşdırılması istiqamətində qurulub: “Lakin təhlükə təkcə ölkələr və qruplaşmalar arasında olan ziddiyyətlərdən deyil, həm də təbiətdə baş verən fəlakətlərdən qaynaqlana bilər. Növbəti 20 ildə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar nəticəsində 100 milyona yaxın insan dünyasını dəyişəcək. Bu səbəbdən də ətraf mühitdə baş verən hadisələrə daha çox diqqət ayırmaq lazımdır”.

Xatırladaq ki, treninq Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində NATO Beynəlxalq Azərbaycan Məktəbinin (NISA) və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR