Texasın qubernatoru ABŞ-ın tərkibindən çıxmaq barədə petisiyanı dəstəkləməyib

Texasın qubernatoru ABŞ-ın tərkibindən çıxmaq barədə petisiyanı  dəstəkləməyib
# 13 noyabr 2012 18:51 (UTC +04:00)

Bakı-APA. Texas ştatının qubernatoru Rik Perri ştat əhalisinin ABŞ-ın tərkibindən çıxmaq barədə imzaladıqları petisiyanı dəstəkləməyib.

APA-nın rosbalt.ru saytına istinadən verdiyi xəbərə görə, Ağ Evin yaydığı məlumatda deyilir ki, Texas və digər ştatların təqdim etdikləri petisiyanı Barak Obama administrasiyası müzakirə edəcək. Rik Perri bildirib ki, ştatların ittifaqının qüdrətli gələcəyinə inanır və bu birliyinin tərəfdarıdır. Lakin əhalinin federal hökumətin işindən narazı olmasını da anlayır.

Texasın 25 min sakini “insan hüquqlarının pozulmasından” şikayətçidir. Narazı olduqları məsələlər arasında hava limanlarında təhlükəsizlik xidməti əməkdaşlarının sərnişinləri yoxlaması da var.

ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra respublikaçıların üstün olduqları ştatlarda ABŞ-ın tərkibindən çıxmaq kampaniyası başlayıb.

Qeyd edək ki, ABŞ-ın Konstitusiyasında ittifaqdan çıxmaq hüquqi nəzərdə tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR