Volqoqradda iki azərbaycanlı iş adamını qətlə yetirmiş şəxsin məhkəməsi başlayıb

Volqoqradda iki azərbaycanlı iş adamını qətlə yetirmiş şəxsin məhkəməsi başlayıb
# 21 dekabr 2012 14:25 (UTC +04:00)

APA-nın məlumatına görə, cinayəti törətməkdə ittiham olunan Ramiz Çopsiyev adlı şəxs iki il polisdən gizlənib. Onu bu ilin yayında həbs etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, Ramiz Çopsiyev və onun Məmməd adlı qardaşı 9 millimetrlik əldəqayırma tapançadan Şamil Asdiyevin maşınına atəş açaraq qaçıblar. Həmin gün axşam Şamil Asdiyevin əmisioğlu Murad Asdiyevin meyiti aşkarlanıb. İstintaqın versiyalarında biri qətlin “Jiqulevski” bazarında ticarətlə məşğul olan azərbaycanlı ailələri arasında qan davasının olması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR