İran prezidenti Fələstinlə bağlı BMT-yə üzv ölkələrə müraciət edib

İran prezidenti Fələstinlə bağlı BMT-yə üzv ölkələrə müraciət edib
# 01 dekabr 2012 00:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Fələstin məsələsi üçün ən ideal həll yolu bütün müsəlman, xristian və yəhudi etiqadlı fələstinlilərin iştirakı ilə azad seçkilərin keçirilməsidir”.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad BMT-yə üzv ölkələrə Fələstinlə bağlı müraciətində bildirib. Müraciətdə deyilir ki, Fələstinin işğalı və sakinlərinin didərgin salınması ən ali insani dəyərlərə kobud şəkildə təcavüzdür: “Yaxın Şərqdə yaşanan böhran Fələstinin işğal edilməsinin xoşagəlməz nəticəsidir. İsrailin zorakılıq siyasəti, eləcə də dünya ictimaiyyəti və beynəlxalq təşkilatların Fələstin məsələsinin həllində nümayiş etdirdiyi acizlik bölgədəki böhranın davam etməsinə səbəb olur. Bunun əsas qaynağı isə BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin ikili standartlardan çıxış etməsidir”.

M. Əhmədinejad müraciətinin davamında bildirib ki, İran Fələstin xalqı ilə tam həmrəydir və onlara mənəvi dəstəyini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR