Rusiyada iki azyaşlı oğlunu 15-ci mərtəbədən atan ana barəsində həbs qərarı ləğv edilib - FOTO

Rusiyada iki azyaşlı oğlunu 15-ci mərtəbədən atan ana barəsində həbs qərarı ləğv edilib   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 13:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya məhkəməsi iki uşağını 15-ci mərtəbədən atan valideyn barəsində həbs qərarını ləğv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Moskva vilayətinin Dolqoprudniy Rayon Məhkəməsi iki azyaşlı oğlunu 15-ci mərtəbədən yerə atan 27 yaşlı Qalina Ryabkova barəsində həbs-qətimkan tədbirini ləğv edərək, onu psixi xəstəxanaya müalicəyə göndərmək haqqında qərar çıxarıb.

Qeyd edək ki, bu il iyunun 24-də Qalina Ryabkova 7 və 4 yaşlı oğlanlarını hündür mərtəbəli binanın 15-ci mərtəbəsindən yerə atıb. Nəticədə hər iki oğlan uşağı ölüb. Daha sonra qadın özü intihara cəhd edib.

Aparılan araşdırmalar və məhkəmə tibbi-ekspertizasının rəyinə görə, Qalina Ryabkova süni intihara cəhd edib. O, istintaqı yanıltmaq üçün süni intihar planı hazırlayıb. Prokurorluq onun barəsində “qəsdən iki və daha çox adam öldürmə” maddəsi ilə ittiham irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR