Türkiyə parlamentinin sədri «Möhtəşəm yüzil» teleserialı ilə bağlı yaranan narazılıqlara münasibət bildirib

Türkiyə parlamentinin sədri «Möhtəşəm yüzil» teleserialı ilə bağlı yaranan narazılıqlara münasibət bildirib
# 27 noyabr 2012 13:29 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakıda türk iş adamları ilə görüşündən sonra jurnalistlərə açıqlamasında TBMM sədri bu məsələ ilə bağlı müxtəlif ölkələrdən fərqli rəylər eşitdiyini bildirib: “Mənim qatıldığım bəzi toplantılarda bu məsələ gündəmə gəldi. Xüsusilə ərəb dünyasında, İslam dünyasında bu filmlər çox izlənir. Bu filmlərin ssenari olduğunu, tarixi reallıqlarla üst-üstə düşmədiyini bilirik. Ssenarini yazanlar, filmi çəkənlər öz başlarında nəyi planlaşdırırlarsa, onu da edirlər».

TBMM sədrinin sözlərinə görə, xaricdə filmi izləyənlər bunu bədii deyil, sənədli film kimi anlamağa çalışırlar. Bununla bağlı sonda fərqli nəticələr çıxarıldığını deyən C. Çiçək hesab edir ki, belə məsələlərə diqqətli yanaşmaq lazımdır: «Son olaraq Səudiyyə Ərəbistanında qatıldığım toplantıda bir parlament sədri dedi ki, biz Sultan Süleyman Qanunini səfərdən səfərə gedən kimi bilirdik, amma gördüyümüzdə belə deyilmiş. Belə çıxır ki, ssenari ilə reallığı hamı fərq etmədiyi üçün yanlış imic formalaşır. Sonra bunu düzəltmək üçün də ayrı bir fəaliyyətlər gərək olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR