QDİƏT PM-in Daimi Komitəsinin növbəti iclası Bolqarıstanda olacaq

QDİƏT PM-in Daimi Komitəsinin növbəti iclası Bolqarıstanda olacaq
# 26 noyabr 2012 22:01 (UTC +04:00)

APA-nın məlumatına görə, QDİƏT PM-in sədr müavini, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev iclası açaraq iştirakçıları Milli Məclisin rəhbərliyi adından salamlayıb, Daimi Komitə çərçivəsində keçirilən görüşlərin, müzakirə olunan məsələlərin və qəbul olunacaq qərarların üzv ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir.

Sonra gündəlik təsdiq edilib.


Bildirilmişdir ki, Daimi Komitənin iclasında Türkdilli Ölkələrin Parlament Assambleyasının QDİƏT PM-ə müşahidəçi statusu ilə qəbul edilməsi, PM-in baş katibinin, Assambleya sədrinin 2 müavininin seçilməsi, maliyyə məsələləri, Daimi Komitənin növbəti iclasının keçirilməsi və s. məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.


Daimi Komitə TürkPA-nın QDİƏT PM-ə müşahidəçi statusunun verilməsini razılıqla qarşılayıb.


Qurumun növbəti iclasının gələn ilin mayında Bolqarıstanda keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR