Azərbaycanda qiymətli kağızlar emitentlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiqlənib

Azərbaycanda qiymətli kağızlar emitentlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiqlənib
# 25 dekabr 2012 11:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən yeni qaydalar təsdiq edilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitənin qərarı ilə «İnvestisiya qiymətli kağızlarının emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması» qaydaları təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Yenilənmiş qaydalar ilə emitentlərin xüsusiyyətlərindən asılı olaraq maliyyə hesabatlarının təqdim edilməsi, həmçinin qiymətli kağızların yerləşdirilməsi üsulundan asılı olaraq emitentlərin illik hesabatlarına daxil olan səhmdarlar barədə məlumatların açıqlanması proseduraları müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR