Xaçmazda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - FOTOSESSİYA - VİDEO

Xaçmazda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 dekabr 2014 08:50 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Mütəllimov İntizam Bahadur oğlunun idarə etdiyi 27 BB 610 dövlət nömrə nişanlı “VAZ 2101” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini - Xaçmaz şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Cəlil oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

A. Allahverdiyevə sol göz ətrafının hematoması, İ. Mütəllimova alının, hər iki əlin cırılmış yaraları və topuq oynaqlarının əzilməsi diaqnozu qoyulub.

Xaçmaz MRX-dan APA-ya verilən məlumata görə, hər iki şəxs ambulator müayinə olunduqdan sonra evə buraxılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR