Faiq Ağayev yeni klipini təqdim edib

Faiq Ağayev yeni klipini təqdim edib
# 21 dekabr 2012 14:06 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanın xalq artisti Faiq Ağayev musiqisi Nailə Mirməmmədli, sözləri Xuraman Vəfaya məxsus olan Əlvida” mahnısına çəkilmiş klipi təqdim edib. APA-nın məlumatına görə, bu gün yerli media mənsubları ilə görüşən xalq artisti bildirib ki, dekabrın 16-da Bakıda lentə alınan klip 18 saata çəkilib və beş gün ərzində tam hazır olub. F. Ağayev bildirib ki, Azərbaycanda ən bahalı rejissorlardan olan Ülviyyə Könülün işindən kifayət qədər razı qalıb və onunla işbirliyindən zövq alır. Aygün Kazımova və Röyanın kliplərinin internetdə rekord sayda izlənməsi ilə bağlı sualı cavablandıran Faiq Ağayev öz klipinin də möhtəşəm olduğunu deyib: “Ülviyyə xanım mənə kifayət qədər endirim etdi. Klip dörd günlük konsertimdə də tamaşaçılara təqdim olunacaq. Aygün və Röyaya aid etmirəm, amma keyfiyyətli və keyfiyyətsiz iş Türkiyədə də olur, Azərbaycanda da. Hesab edirəm ki, “Əlvida” klipi olduqca keyfiyyətlidir və çox seviləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR