Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinə məktub göndərib

Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinə məktub göndərib
# 24 noyabr 2017 15:13 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Draqan Çoviçə məktub yazıb.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına daim sülh və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR