Qəbələ RLS-də Rusiyanın mülkiyyətində olan avadanlıqların çıxarılmasına gələn ildən başlanacaq

Qəbələ RLS-də Rusiyanın mülkiyyətində olan avadanlıqların çıxarılmasına gələn ildən başlanacaq
# 19 dekabr 2012 10:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. "Qəbələ RLS-lə bağlı müzakirələri Azərbaycan tam hüquqi çərçivədə apardı və bu məsələ hüquqi çərçivədə həll olundu". APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

O qeyd edib ki, Qəbələ RLS ilə bağlı Rusiya imzalanmış icarə müqaviləsinin müddəti başa çatıb və yeni sazişin bağlanması üçün şərtlər üzrə razılıq əldə olunmayıb: "Buna görə Qəbələdəki stansiyanın bağlanması qərarına gəlindi. Bundan sonra müvafiq komissiyalar Rusiyanın mülkiyyətində olan avadanlıqların oradan çıxarılması məsələləri kimi texniki məsələlərin həllinə başlamalıdır. Yəqin ki, gələn il artıq bu komissiyalar fəaliyyətə başlayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR