Səfir Fərid Şəfiyev Torontoda “Azərbaycan: İqtisadi perspektivlər və geosiyasi baxış” mövzusunda çıxış edib

Səfir Fərid Şəfiyev Torontoda “Azərbaycan: İqtisadi perspektivlər və geosiyasi baxış” mövzusunda çıxış edib
# 06 dekabr 2012 00:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Toronto Universitetinin nəzdində fəaliyyət göstərən Qlobal Münasibətlər üzrə MUNK Mərkəzində (MUNK School of Global Affairs) “Azərbaycan: İqtisadi perspektivlər və geosiyasi baxış” (Azerbaijan: Economic Perspectives and geopolitical challenges) mövzusunda çıxış edib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Çıxış zamanı səfir F.Şəfiyev ölkəmizin iqtisadi inkişafı, geosiyasi vəziyyəti, Ermənistan-Azərbaycan münaqişəsi haqqında ətraflı məlumat verib və tədbirin sonunda müəllim və tələbələrin suallarını cavablandırıb.

Sözügedən tədbir Toronto Universitetində keçirilən “Azərbaycan üzrə araşdırmalar” kursu çərçivəsində qeyd olunan universitetdə fəaliyyət göstərən Avropa, Rusiya və Avrasiya tədqiqatları Mərkəzin (Centre for European, Russian, and Eurasian Studies) və Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun (Canadian Institute for Azerbaijan Studies) dəstəyi və təşəbbüsü ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR