APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Səfirin sözlərinə görə, bu addım tərəflər arasında etimadın qurulmasına mane yaradır və regionda gərginliyə səbəb olacaq: “Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə töhfə verməyəcək”.
V. Doroxin hər iki tərəfin diplomatik addımlar atacağına ümidvar olduğunu bildirib: “Düşünürəm ki, tərəflər hava gəmilərin vurulması barədə təhdidlərə yol verməyəcək və bu məsələni siyasətləşdirməyəcəklər”.