Azərbaycanda magistraturaya qəbul zamanı kompetensiya qiymətləndirilməsi aparılacaq

Azərbaycanda magistraturaya qəbul zamanı kompetensiya qiymətləndirilməsi aparılacaq
# 24 noyabr 2012 09:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə keçirilən dəyirmi masada qurumun sədri Məleykə Abbaszadə deyib.


O bildirib ki, bu, Azərbaycan ali təhsil sistemi üçün bir yenilik olacaq. M.Abbaszadənin sözlərinə görə, 2005-ci ildə Azərbaycanda ilk dəfə magistraturaya qəbul imtahanı həyata keçirilərkən bakalavrların kompetensiyasının qiymətləndirilməsi qarşıya məqsəd kimi qoyulub: «Həmin dövrdə onların yalnız İKT, məntiq və xarici dil bacarıqlarının yoxlanılması nəzərdə tutulmuşdu. Lakin ali məktəblərin sifarişçi tərəf olduğu üçün bakalavrların müəyyən ixtisas üzrə biliklərinin yoxlanılması qarşıya məqsəd qoyuldu».


Komissiya sədri qeyd edib ki, əslində bu onlara təəccüblü görünməyib: «Çünki ali məktəblər bakalavrları müəyyən ixtisaslar üzrə hazırlasalar da sonradan onların yoxlanılmasını da bizə təklif etdilər. Artıq o vaxtdan müəyyən dövr keçib və qaydalar təkmilləşib. Biz düşünür ki, gələcək 3-4 il ərzində magistratura pilləsinə qəbul zamanı kompetensiya metodundan istifadə olunacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR