Azərbaycanda fond bazarı indeksinin tətbiqi ləngiyir

Azərbaycanda fond bazarı indeksinin tətbiqi ləngiyir
# 19 dekabr 2012 12:00 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fond bazarı ilə bağlı xüsusi indeksin tətbiqi hazırkı mərhələdə aktual deyil. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hipotetik olaraq indeksin Azərbaycanda tətbiqi hazırda mümkündür. Lakin Bakı Fond Birjasının listinqində olan şirkətlərin sayının azlığı (2 şirkət) bu ideyanın aktuallığını azaldır: «Ümumi prinsiplərə görə indekslər aid olduğu sahədəki reallıqlara əsaslanmalı, daha çox sahəni əhatə etməli və bu sahədəki vəziyyəti obyektiv əks etdirməlidir. Hətta bəzi ölkələrdə indeksə daxil olan şirkətlərin sayı çox olsa da, orada bir şirkət bir neçə sahədə təmsil olunur. Belə vəziyyətdə indekslərin tətbiqi bazarın dəyişkənliyinə səbəb olur və investorlara yox, spekulyantlara kömək edir».

R.Aslanlının sözlərinə görə, Azərbaycanın fond bazarı ilə bağlı indekslərin hesablanması yalnız o zaman aktual ola bilər ki, bu, bazardakı şirkətlər azı 5 sahəni təmsil etsin və hər sahədə bir neçə şirkət təmsil olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR