Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 19 dekabr 2012 08:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2012-ci ilin noyabr ayı üzrə 92,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabr ayının indeksindən 11,9 faiz bəndi azdır.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin noyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 442,1 mln. manat, sentyabrda isə 1 554,0 mln. manat təşkil edib.

Göründüyü kimi, azalma ilə yanaşı indeks həm də 100%-dən aşağı olub ki, bu da aylıq müqayisədə pərakəndə ticarətin azalmasını göstərir.

Qeyd edək ki, ümumiyyətlə yanvar-noyabr ayları ərzində pərakəndə ticarətin həcmi illik müqayisədə 9,4% artıb ki, bu da yanvar-oktyabr göstəricisinə bərabərdir. Beləliklə, noyabr azalması ümumi dinamikaya təsir göstərməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR