Ağsuda yüklə dolu “KamAZ” aşıb, sürücü ölüb

Ağsuda yüklə dolu “KamAZ” aşıb, sürücü ölüb
# 25 dekabr 2012 08:20 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov-APA. Muğanlı-İsmayıllı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində yolun 6-cı kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. İsmayıllı rayonun Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Ağamirzəyev Ramil Kazım oğlu 45-BF-041 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə Bakıdan İsmayıllı rayonuna mişar daşı apararkən qəflətən idarəetməni itirib və maşını yoldan çıxararaq çökəkliyə aşırıb. Hadisə nəticəsində sürücü Ramil Ağamirzəyev dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR