Qusarda özünü yandıran 29 yaşlı qadın ölüb

Qusarda özünü yandıran 29 yaşlı qadın ölüb
# 07 dekabr 2012 08:18 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Qusar rayonunda üzərinə kimyəvi maddə tökərək özünü yandıran 29 yaşlı qadın dünyasını dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü, rayonun Urva kəndində müvəqqəti qeydiyyatda olan Sumqayıt şəhər sakini Aygün Yunusovanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Yunusova dekabrın 5-də üzərinə kimyəvi maddə tökərək özünü yandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR