Heydər Əliyev Mərkəzinin binası dünyanın 12 möhtəşəm tikilisi sırasında ilk beşlikdədir

Heydər Əliyev Mərkəzinin binası dünyanın 12 möhtəşəm tikilisi sırasında ilk beşlikdədir
# 12 noyabr 2012 10:24 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakıdakı Heydər Əliyev Mərkəzinin binası 12 tikili arasında ilk beşlikdə yer alıb. Layihə haqda məlumat verən “Architectural digest” jurnalında qeyd edilir ki, auditoriyalı konfrans zalı, muzeyi olan bu məkan Azərbaycan paytaxtının yeni simasının formalaşmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli sərəncamı əsasında yaradılıb. Mərkəzin binasının tikintisinə 2007-ci ildən başlanılıb, 2012-ci il may ayının 10-da isə binanın rəsmi açılışı olub.

Qeyd edək ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələr həyata keçirir.

“Architectural digest” jurnalının tərtib etdiyi siyahıya daxil olan digər binalar bunlardır: MVRDV şirkətinin DNB qrupunun Oslodakı ofisi, Pekindəki Beynəlxalq Mətbuat Mərkəzi, London Bridge Tower, Şençjen Fond Birjası, Filadelfiyadakı Barns Fondu, Əmmandakı Queen Alia Beynəlxalq Hava Limanı, Dalyan Beynəlxalq Konfrans Mərkəzi, Çendudakı Məsaməli Məhəllə (Sliced Porosity Block), Nyu-Yorkdakı Parrish İncəsənət Muzeyi, Quançjoudakı Pazhou Hotel, Helsinkidəki Kamppi sovməəsi (Kamppi Chapel of Silence).

Qeyd edək ki, “Architectural digest” ABŞ-da nəşr olunan aylıq jurnaldır. 1920-ci ildə təsis olunan “Architectural digest” dünyanın ən nüfuzlu memarlıq və dizayn jurnallarından biri hesab olunur.

Link:<a href="http://www.architecturaldigest.com/architecture/2012-01/best-architectural-projects-slideshow#slide=1">http://www.architecturaldigest.com/architecture/2012-01/best-architectural-projects-slideshow#slide=1</a>

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR