Pentaqon Əfqanıstanda təhlükəsizliyin bərpasına qarşı əsas təhdidləri müəyyənləşdirib

Pentaqon Əfqanıstanda təhlükəsizliyin bərpasına qarşı əsas təhdidləri müəyyənləşdirib
# 10 dekabr 2012 21:53 (UTC +04:00)

Bakı-APA. Pakistanda terrorçu düşərgələrin olması və genişmiqyaslı korrupsiya Əfqanıstanda təhlükəsizliyin bərpa olunmasına mane olan əsas təhdidlərdən biridir. APA-nın məlumatına görə, bu barədə Pentaqonun məruzəsində qeyd olunur.

Sənəddə qeyd olunur ki, apreldən sentyabr ayınadək “Taliban” silahlıları tərəfindən ABŞ hərbçilərinə və Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndələrinə qarşı həyata keçirilən hücumların sayı 2011-ci illə müqayisədə 1% artıb.

Bu göstəricinin cüzi dəyişməsinə baxmayaraq, məruzə müəllifləri qeyd edirlər ki, bu “ölkədə siyasi landşaftın yaranmasına mənfi təsir edə bilər”.

“Bu və digər çağırışlar, o cümlədən “genişmiqyaslı korrupsiya və Əfqanıstan hökumətinin qeyri-qənaətbəxş potensialı” Əfqanıstanda sabitliyə və təhlükəsizliyə çox ciddi təhlükədir”, deyə məruzədə qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR