Ötən ay Avropada avtomobil satışı 10% aşağı düşüb

Ötən ay Avropada avtomobil satışı 10% aşağı düşüb
# 17 dekabr 2012 11:56 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin noyabr ayında avrozonada 926 486 avtomobil satılıb ki, bu da ötən ilin noyabrına nisbətən 10,3% azdır.

«APA-Economics»in Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına istinadən məlumatlarına görə, Avropada avtomobillərin satışı ardıcıl olaraq 14 aydır ki, azalmaqdadır.

Amma bu, bütün modellərə aid deyil - ümumi böhran fonunda «Jaguar», «Land Rover», «Hyundai» və «Mazda»nın satışları artıb, BMW-nin satışları dəyişməyib, qalan istehsalçılarda isə satışların azalması 30%-ə çatır.

Maraqlıdır ki, noyabr ayında avtomobillərin satışı Britaniyadan başqa Avropanın bütün ölkələrində azalıb. Britaniyada satışlar 11,3% artaraq 149 191-ə çatıb. Digər ölkələrdən yalnız Almaniyada satışların həcmi 3,5% azalıb, digər ölkələrdə satışlar 20% aşağı düşüb.

Məşhur markalar arasında yalnız BMW satışlarının həcmini ötənilki həddə saxlaya bilib – 64 279 avtomobil. Əvəzində noyabrda «Volkswaqen»in Avropadakı satışları 2,9% (noyabrda 237 611 avtomobili satılıb), «PeuqeotCitroen»in satışları 15,6% (102 766 avtomobil), «Renault»un satışları 27,7% (80 910 avtomobil), «General Motors»un 13,2%, «Ford»un 9,9%, «Fiat»ın 13,0%, «Daimler»in 1,0%, «Toyota Group»un 10,8%, “Nissan”ın 13,5%, “Kia”nın 3,6%, «Volvo»nun 11,5%, «Suzuki»nin 23,6%, «Honda»nın 16,4%, «Mitsubishi»nin satışları 38,2% aşağı düşüb.

Əvəzində ötən ay «Hyundai»ın satışları 8,7%, «Jaguar Land Rover»in 13,6%, «Mazda»nın satışları 3,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR