Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 15 oktyabr 2014 08:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Rəşid Behbudov küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsində işıqfora daimi sağadönmə seksiyasının əlavə edilməsi məqsədilə bu gün saat 11:00-dan etibarən “Azəryolservis” ASC tərəfindən hərəkətin təşkili ilə əlaqədar yol cizgi xətləri yenidən rənglənir.

Rənglənmə işləri zamanı yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR