İctimai Palatanın aksiyası ilə bağlı Milli Məclisin binası nəzarətə götürülüb

İctimai Palatanın aksiyası ilə bağlı Milli Məclisin binası nəzarətə götürülüb
# 10 dekabr 2012 10:25 (UTC +04:00)

APA-nın əməkdaşının verdiyi məlumata görə, əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Məlumata görə, Fəvvarələr Meydanı da polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın bu ərazidə aksiya keçirmək barədə müraciətinə rədd cavabı verib. Aksiya təşkilatçıları dekabrın 8-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və onlara razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısının alınacağı barədə xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR