Şəkidə yanğın baş verib

Şəkidə yanğın baş verib
# 10 dekabr 2012 06:46 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəki şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin(FHN) Şəki şəhər Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, yanğın Şəki şəhəri Dadaş Bünyadzadə, 71 ünvanında, Səlimov Mehman Bəşir oğlunun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 30 kv/m olan mal tövləsində baş verib. Hadisə yerinə FHN-nin Şəki şəhər YMH-nin əməkdaşları və texnikası cəlb edilib. Yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 5 ton quru ot bağlaması yanıb. Yanğınsöndürənləri səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Fakla bağlı FHN-nin Şəki şəhər YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR