Tahir Məmmədov: “Ömər və Suada  musiqimizi layiqincə təmsil etdilər” - MÜSAHİBƏ

Tahir Məmmədov: “Ömər və Suada  musiqimizi layiqincə təmsil etdilər” - <span style="color: red;">MÜSAHİBƏ
# 03 dekabr 2012 12:19 (UTC +04:00)

- Uşaq “Eurovision” Mahnı Müsabiqəsində ilk iştirakımızı və nəticələri necə dəyərləndirirsiniz?

- Bu bizim debütümüz idi və müsabiqənin təşkilatçıları və təcrübəli mütəxəssislər ilk iştirakımızı çox yüksək dəyərləndirdilər. Qeyd edim ki, bu müsabiqədə iştirakımız Bakıda keçirilən “Eurovision” müsabiqəsi zamanı Avropa Yayımları Birliyinin (EBU) dəvəti ilə reallaşıb.

Bildiyiniz kimi, bu il bu müsabiqənin 10 ili tamam olurdu. Eyni zamanda bu ilki müsabiqə uşaq hüquqlarının qorunmasına həsr olunmuşdu və "Kids rights" təşkilatı tərəfindən dəstəklənirdi. Biz də bu prosesdən kənarda qalmaq istəmədik. Əvvəllər bu yarışmada iştirakçı ölkələrin sayı 10-u keçmirdi. Təbii ki, iştirakçıların sayı az olanda şou istənilən effektdə alınmır. Məhz ona görə bu il 3 ölkə Azərbaycan, Albaniya və İsrail müsabiqəyə qoşuldu.

Bizim mahnımız favoritlərdən biri idi. Təbii ki, hər bir iştirakçı ölkə özünə məhz güclü təmsilçini rəqib görür. Açığını söyləyim, post-sovet ölkələrinin əksəriyyətinin ənənəvi həmrəyliyi və ya belə desək, qruplaşması burada böyük rol oynayır. Çünki bundan öncəki illərdə iştirak edən 9 ölkənin 6-sı məhz post-sovet ölkələri idi və onlar demək olar ki, qarşılıqlı razılaşma ilə qalibiyyəti müxtəlif illərdə öz aralarında bölüşdürüblər. İlk dəfə iştirak etməyimizə baxmayaraq bizim hər kəs tərəfindən bəyənilən çıxışımız belə, bu ənənəni sındıra bilmədi. Yəqin ki, məhz bu xüsusiyyətinə görə Avropa ölkələrinin bu müsabiqəyə marağı çox azdır.

- Əksər mütəxəssislər bizim təmsilçilərin ifaları, səhnədəki performanslarının iştirakçıların çoxundan üstün olduğunu söyləyirlər. Belə olan halda nəticələri ədalətli hesab edirsinizmi?

- Qeyd etdiyiniz kimi, jurnalistlərin və “Eurovision” - Fan klubunun səsverməsində Azərbaycan ən yüksək xalları toplayırdı. Amma biz ölkələrin səsverməsində bunu görmədik. Çünki qiymətləndirmədə subyektiv yanaşmalar olur və təbii ki, bu xalların hesablanmasına və nəticəyə təsir edir. Ona görə də EBU daha çox ölkənin bu müsabiqəyə qatılmasını istəyir ki, subyektiv yanaşma və qruplaşmalar nəticəyə az təsir etsin. Biz də EBU ilə dəfələrlə bu barədə fikir mübadiləsi etmişik və daha şəffaf səsvermə qaydaları üçün öz təkliflərimizi verəcəyik.

- İştirakçı ölkələrdə təmsilçilərimizin PR kampaniyası aparıldımı?

- Əslində belə bir PR kampaniyaya ehtiyac yox idi. Çünki bizim həm mahnımız, həm uşaqların klipi müsabiqənin daimi auditoriyası tərəfindən yüksək qiymətləndirilirdi və onların tanıtımı internet üzərindən aparılırdı. Amma sonradan bizə bir şeydə məlum oldu ki, bizim yüksək xal almamağımız üçün əvvəllər bizimlə əməkdaşlıq edən bəzi ukraynalı həmkarlarımız xüsusi fəallıq göstəriblər. Bütün bunlara baxmayaraq, əminliklə deyə bilərəm ki, Ömər və Suada musiqimizi layiqincə təmsil etdilər və milyonlarla auditoriyanın rəğbətini qazandılar. Məncə ən vacib olan elə budur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR