Bank Of Baku

Qanunsuz saxlanılan silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursat götürülüb
# 01 iyun 2018 09:05 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. 

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb.  

 

Əldə edilmiş məlumatlar əsasında Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən 1 ədəd, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

 

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR