Səfir Eynulla Mədətli: “Azərbaycan Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır”

Səfir Eynulla Mədətli: “Azərbaycan Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır”
# 13 noyabr 2012 12:39 (UTC +04:00)

2011-ci ildə LNG-terminala sıxılmış qazın çatdırılması üçün birgə müəssisənin yaradılmasına dair sənədlərin imzalanmasını təxirə salınması Ukraynanın Azərbaycanın nəqlinə dair digər marşrut və vasitələri gözdən keçirmək niyyətindən irəli gəlib. Xüsusilə Ukraynanın böyük perspektivi olan TANAp layihəsində iştirakı aktiv müzakirə olunur”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna KİV-lərinə müsahibəsində deyib.

Səfir bildirib ki, TANAp layihəsi Azərbaycan qədər, Ukrayna üçün də maraq doğurur və Azərbaycan layihədəki payının bir hissəsini maraqlı dövlətlərə satmağa hazırdır: “Trans Anadolu qaz kəməri bütün maraqlı şirkətlər üçün açıqdır. Layihənin 80 faizi Azərbaycana məxsusdur. Azərbaycan bu layihədə 51 faizi özünə saxlayıb, qalan 29 faizi marağı olan şirkət və ölkələr arasında bölüşdürəcək. Əgər böyük qaz istehlakçısı olan Ukrayna TANAP qaz kəmərinin tikintisi üzrə konsorsiumun üzvü olsa, Azərbaycan buna yalnız sevinər, çünki Azərbaycan Ukraynanın enerji müstəqilliyində və enerji təhlükəsizliyində maraqlıdır”.

Səfir qeyd edib ki, LNG-terminala sıxılmış qazın çatdırılması üçün birgə müəssisənin yaradılmasına dair danışıqlar davam edir: “Hələlik danışıqların nə vaxt başa çatacağını, sənədlərin nə zaman imzalanacağını deyə bilmərəm. Lakin düşünürəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfərinə kimi çox məsələlər öz həllini tapacaq. Bu səfər çox güman ki, 2013-cü ilin əvvəllərində baş tutacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR