Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycan-Gürcüstan münasibətləri dəyişə bilməz, yalnız dərinləşə bilər”

Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycan-Gürcüstan münasibətləri dəyişə bilməz, yalnız dərinləşə bilər”
# 19 dekabr 2012 07:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda hakimiyyət dəyişikliyi dinc şəkildə - seçki yolu ilə baş tutub: “Bu çox vacib amildir. Çünki Gürcüstanın müstəqilliyi dövründə həmişə müharibələr, inqilablar olub”.

Z.Abaşidze qeyd edib ki, yaxın vaxtlarda Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycana səfər edəcək: “Yeni hökumət üçün başlıca məsələ Azərbaycan-Gürcüstan münasibətlərinin dərinləşdirilməsidir. Bizim münasibətlərimizin əsasını Heydər Əliyev elə qoyub ki, onu kimsə poza bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR