Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb
# 24 dekabr 2012 14:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2012-ci ilin noyabr ayı üzrə 100,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabr ayına nisbətən 1,3 faiz bəndi çoxdur.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəricisinə nisbəti kimi hesablanır.

Qeyd edək ki, indeksin 100%-dən yüksək olması mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2012-ci ilin dekabrın 1-nə 207,1 mln. manat, noyabrın 1-nə isə 205,7 mln. manat təşkil edib.

Noyabr ayında mal qalıqlarının artması həm də mal təchizatının zəifləməsi ilə əlaqədardır. Belə ki, noyabr ayında oktyabrla müqayisədə pərakəndə ticarətdə 1 554,0 mln. manatdan 1 442,1 mln. manata qədər azalma baş verib, lakin bunun fonunda mal ehtiyatlarının artımı cəmi 1,4 mln. manata bərabər olub. Beləliklə, noyabr ayında pərakəndə ticarət obyektləri oktyabra nisbətən daha az mal sifariş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR