Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərib - YENİLƏNİB

Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərib - <span style="color: red;">YENİLƏNİB
# 25 noyabr 2016 10:37 (UTC +04:00)

İsrail hökumətinin müraciəti əsasında prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri aparılıb.

FHN-dən APA-ya verilən məlumata görə, qeyd edilən təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrailə yola düşüb.

***

saat 10.23

Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərəcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

Bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR