Gədəbəy sakini bıçaqlanıb

Gədəbəy sakini bıçaqlanıb
# 31 avqust 2017 21:33 (UTC +04:00)

Gədəbəydə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyləvəng kənd sakini 1978-ci il təvəllüdlü Elçin Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, E. Yusifov rayonda keçirilən toy şənliyindən çıxaraq evə gedən zaman həmkəndlisi tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR