Belarus prezidenti: “MDB-yə qayıtmaları üçün Gürcüstan rəhbərliyinin qarşısında diz çökməyə belə hazıram”

Belarus prezidenti: “MDB-yə qayıtmaları üçün Gürcüstan rəhbərliyinin qarşısında diz çökməyə belə hazıram”
# 11 dekabr 2012 15:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən Avropa və Asiya Media Forumunun Baş Redaktorlar Klubunun iştirakçıları ilə görüşündə söyləyib.

Lukaşenko qeyd edib ki, Gürcüstanın MDB-yə qayıtması üçün maksimum səy göstərəcək və bunun naminə Gürcüstan rəhbərliyi qarşısında diz çökməyə belə hazırdır: “Yanvarın 1-dən MDB-yə biz sədrlik edəcəyik və sizi (Gürcüstanı) gözləyirik. Sizə gələcək və qarşınızda diz çökəcəyəm. Amma ictimaiyyətin qarşısında deyil. İstəsəniz hamının qarşısında diz çöküb Sizdən ilk addım olaraq MBD-yə qayıtmağı xahiş edərəm”.

Qeyd edək ki, görüşdə APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR