Milli Məclisin iki deputatı Vilnüsə səfər edəcək

Milli Məclisin iki deputatı Vilnüsə səfər edəcək
# 05 noyabr 2012 15:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, GUAM PA-nın sədri Elton Məmmədov və deputat Əli Məsimli Baltik Assambleyasının 31-ci sessiyasında iştirak etmək üçün noyabrın 7-dən 10-dək Litvada səfərdə olacaqlar. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən məlumat verilib.

Vilnüs şəhərində keçirilən toplantıda Şimal və Baltik dövlətlərinin maliyyə bazarlarında əməkdaşlıq mexanizmləri, xarici iqtisadi siyasətin və investisiya layihələrinin inkişafı və digər cari məsələlər müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR