Xəzərin Azərbaycan sektorunda balıqçılar itkin düşüb

Xəzərin Azərbaycan sektorunda balıqçılar itkin düşüb
# 22 fevral 2012 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, fevralın 21-də saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu iki mühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidələrə başlayıb. Qayığın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin görülməsi davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR