ARDNF-da Avropa Parlamentinin üzvləri ilə görüş keçirilib

ARDNF-da Avropa Parlamentinin üzvləri ilə görüş keçirilib
# 07 iyun 2012 12:52 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi Almaniya və Niderlanddan olan rəsmi şəxslərlə görüşüb.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, ARDNF-ın icraçı direktoru Şahmar Mövsümovla Avropa Parlamenti və Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Ş.Mövsümov ARDNF-ın fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Azərbaycan hökuməti ilə Avropa Parlamenti arasında əməkdaşlıq, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-ın aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb.

Eyni məsələlər ARDNF-ın icraçı direktoru ilə Niderlandın iqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Linden arasında görüşdə də müzakirə edilib. Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi barədə qonaqlara ətraflı məlumat verib. Görüşlərdə Ş.Mövsümov ARDNF-ın fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR