İranın XİN-i Sidneydə girovların götürülməsini pisləyib

İranın XİN-i Sidneydə girovların götürülməsini pisləyib
# 16 dekabr 2014 00:44 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər idarəsinin nümayəndəsi Mərziyyə Əfham bəyan edib.

“Bu kimi amansız üsullardan istifadə edilməsi və İslam naminə vahimə və təlaşın törədilməsinə heç bir halda haqq qazandırmaq olmaz”, deyə M. Əfham bildirib.

Onun sözlərinə görə, Avstraliyanın hüquq-mühafizə orqanları cinayətkarın psixoloji problemlərindən agah olub. Daha sonra Avstraliyanın baş naziri Toni Ebott məlumatı təsdiqləyərək bildirib ki, Sidneydə kafedə 17 nəfəri girov götürən şəxs bir sıra cinayətlərdə şübhəli bilinib və ruhi xəstəlikdən əziyyət çəkib. Özünü şeyx elan edən Men Haron Monis 1996-ci ildə Avstraliyaya mühacirət edib.

Son məlumatlara görə, Sidneydə baş vermiş insident nəticəsində, cinayətkar daxil olmaqla 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR