Qırğızıstanda istintaq təcridxanasının sabiq rəisi ölü tapılıb

Qırğızıstanda istintaq təcridxanasının sabiq rəisi ölü tapılıb
# 20 noyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Qırğızıstanda istintaq təcridxanasının sabiq rəisi İmankul Teltayev ölü tapılıb.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, onun cəsədi tək saxlanıldığı istintaq təcridxanasında asılmış vəziyyətdə aşkarlanıb.

Xatırladaq ki, İ. Teltayevə qarşı cinayət işi onun rəisi olduğu istintaq təcridxanasından “Jayşul Mehdi” ekstremist qruplaşmasının üzvləri qaçması ilə əlaqədar açılıb. İ. Teltayev bir ay müddətinə vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd edək ki, terrorçu və ekstremist təşkilat kimi tanınan “Jayşul Mehdi” qruplaşması 2012-ci ildən Qırğızıstanda qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR