Moldova paytaxtında Bakıda yaşayış binasında yanğın zamanı həlak olanların xatirəsi anılıb

Moldova paytaxtında Bakıda yaşayış binasında yanğın zamanı həlak olanların xatirəsi anılıb
# 22 may 2015 10:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Moldovadakı səfirliyinin binası qarşısında Bakıda yaşayış binasında yanğın zamanı həlak olanların xatirəsi anılıb.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anım mərasimində yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Onların arasında Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu, Moldova parlamentinin sabiq ombudsmanı, Moldova İctimai Palatasının rəhbəri Aurelia Qriqoriu, mədəniyyət xadimləri və digərləri olub.

Anım mərasiminə qatılan şəxslər Azərbaycan səfirinə başsağlığı veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR