Millət vəkili: “Azərbaycanda uşaq zorakılığına qarşı mübarizə yüksək sosial status əldə edib” - FOTO

Millət vəkili: “Azərbaycanda uşaq zorakılığına qarşı mübarizə yüksək sosial status əldə edib” - <span style="color: red;">FOTO
# 18 noyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu gün Milli Məclisdə Avropa Şurasının uşaq zorakılığı ilə mübarizə proqramı çərçivəsində dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, Avropa Şurasında uşaq zorakılığına qarşı mübarizə ilə bağlı Azərbaycan üzrə koordinator Sevinc Fətəliyevanın aparıcılığı ilə keçən tədbirdə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, ekspertlər və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

S. Fətəliyeva bildirib ki, bu tədbir Avropa Şurasının "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində keçirilir. O qeyd edib ki, bu artıq sayca beşinci belə tədbirdir: “Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində önəmli işlər görülür və ölkədə uşaq zorakılığı ilə mübarizə yüksək sosial status əldə edib”.

Öz növbəsində H. Rəcəbli parlamentin uşaqlarla bağlı qəbul etdiyi sənədlərdən, ölkə başçısının bu sahədə yürütdüyü siyasətdən danışıb və bildirib ki, bu məsələ dövlətin diqqət mərkəzindədir.

S. Seyidov isə qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması nümunəvidir: “Bəzən bizi insan hüquqlarının qorunmasında ittiham edirlər. Amma insan hüquqlarında uşaq hüquqlarının əsas amil olmasını nəzərə alsaq və Azərbaycanda bu sahədə görülən işlərə diqqət yetirsək görərik ki, bizdə bu məsələ yüksək səviyyədədir”.

Dəyirmi masa iştirakçıların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR