"Bakcell" abunəçiləri üçün "Asan İmza"dan istifadə haqqını dəyişir

"Bakcell" abunəçiləri üçün "Asan İmza"dan istifadə haqqını dəyişir
# 22 aprel 2015 08:10 (UTC +04:00)

Bakı - APA-Economics. "Bakcell" MMC abunəçilərinin nəzərinə çatdırır ki, cari ilin mayın 1-dən "Asan İmza" xidmətindən istifadəyə görə aylıq abunə haqqı 1 manat təşkil edəcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, qiymətə ƏDV daxildir.

Qeyd edək ki, buna qədər xidmətdən istifadə haqqı: fiziki, hüquqi və dövlət strukturlarında çalışan şəxslər üçün - 3 illik qoşulma haqqı 18 manat, 1 aylıq abunə haqqı 0,50 manat, SİM duplikatı üçün ödəniş 3,54 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR