Şəki. Vüqar Heydərov – APA. Bu gün - Cümə günü Azərbaycanın bütün məscidlərində Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən şəhid olanların xatirəsi yad ediləcək.
APA-nın məlumatına görə, bunu hazırda Şəkidə dindarlarla görüş keçirən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O deyib ki, bununla bağlı bütün məscidlərdə qiyabi cənazə namazı qılınacaq.
Cümə moizələrində Türkiyədəki məlum hadisə zamanı həlak olanların ruhu yad ediləcək, dualar oxunacaq.